Dərc edilib: 22-03-2019

https://www.nuh.az/19204-.html

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib

22.03.2019 16:21:14

Günün sitatı

Nardaran hadisələrinə görə həbs olunmuş Taleh Bağırovun yanına telefon keçirilməsinə cəhd edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Penitensiar Xidmət məlumat yayıb.

Qurumdan bildirilib ki, martın 21-də Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib.

Qeyd edək ki, T.Bağırov Cinayət Məcəlləsinin 25 müxtəlif maddəsi ilə ittiham edilərək 2015-ci il noyabrın 26-da 18 il müddətinə azadlıqdan məhrum edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib