Dərc edilib: 24-03-2019

https://www.nuh.az/19215-.html

Hökumət binasına hücum: nazir öldürüldü

24.03.2019 09:49:30

Dünya
Somalinin paytaxtı Moqadişoda hökumət binasına hücum edilib.
Qaynarinfo xəbər verir ki, hücum nəticəsində deputat, əmək və sosial məsələlər nazirinin müavini Sakar İbrahim Abdallaöldürülüb.

Hücuma görə məsuliyyəti radikal "Eş-Şabab” qruplaşması özü üzərinə götürüb. Hüquq-mühafizə orqanları terror hücumu nəticəsində azı 10 nəfərin öldüyünü açıqlayıb. 
Qeyd edək ki, bundan əvvəl Moqadişoda Milli Kəşfiyyat və Təhlükəsizlik Agentliyinin binasının yanında iki avtomobil partladılıb. Partlayışdan sonra silah səsləri eşidilib. Təhlükəsizlik əməkdaşları hadisənin detalları barədə məlumat verməyib. Bu partlayışları da "Eş-Şabab” həyata keçirib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib