Dərc edilib: 24-03-2019

https://www.nuh.az/19217-.html

İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi

24.03.2019 13:35:08

Siyasət

Azərbaycanın Prezidenti İlham Əliyev Yunanıstanın ölkə başçısı Prokopis Pavlopulosu Müstəqillik Günü münasibətilə təbrik edib.

 

“Qafqazinfo” xəbər verir ki, təbrikdə deyilir: “Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib