Dərc edilib: 25-03-2019

https://www.nuh.az/19224-.html

Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür

25.03.2019 11:00:24

Maraqlı

Rumıniya İsraildəki səfirliyini Təl-Əviv şəhərindən Qüdsə köçürür.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rumıniyanın baş naziri Viorika Dançile açıqlayıb.

Onun sözlərinə görə, prezident Donald Trampın ABŞ səfirliyini Qüdsdə açması “rumın xalqını təsirləndirib”.

 Baş nazir həmçinin qeyd edib ki, İsrail və ABŞ Rumıniyanın xüsusi strateji tərəfdaşlarıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib