Dərc edilib: 25-03-2019

https://www.nuh.az/19225-.html

Bakıda polis 2 yeniyetməni maşınla vurdu: 1 ölü, 1 yaralı

25.03.2019 11:06:49

Günün sitatı

Dünən gecə saat 12 radələrində Səbail rayonu, Gülbala Əliyev küçəsində (Akapen kimi tanınan ərazi) ağır yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, Roman adlı sürücü idarə etdiyi avtomobillə iki yeniyetməni vurub. Onlardan biri hadisə yerində keçinib, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə törədən Roman adlı şəxs Səbail rayon polis idarəsinin 8-ci polis bölməsinin əməliyyatçısı, polis zabitidir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Səbail polisindən faktı Avtosfer.az-a təsdiq ediblər.

Qeyd edək ki, vurulan gənclərdən biri gələn ay əsgər gedəcəkdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib