Dərc edilib: 29-03-2019

https://www.nuh.az/19258-.html

Şotlandiyanın EnerMech şirkəti Bakıda Azərbaycan qanunlarına qarşı çıxır? – VİDEOMÜRACİƏT

29.03.2019 12:50:47

Mədəniyyət

Bakı şəhəri, Səbail rayonunda yaşayan Hüseynov Hikmət Səxavət oğlu artıq 2 ildir məmur özbaşınalığından əziyyət çəkir. Kivnews.com xəbər verir ki , vətəndaş 2016-ci ilin noyabr ayında Azərbaycanda fəaliyyət göstərən Şotlandiyanın EnerMech şirkətində işə düzəlib. Şahdəniz layihəsi çərçivəsində platformalarda işləyib. 2017-ci ilin aprel ayında Səngəçal terminalına ezam olunub. Amma buradə vəzifəsini yerinə yetirərkən borunun üstündən yıxılaraq dizindən xəsarət alıb. Müayinə zamanı bəlli olub ki, diz bağları qırılıb. Aldığı ciddi zədə səbəbindən Avrasiya klinikasında əməliyyat olunub.

"EnerMech  şirkəti tərəfindən bu hadisənin gizlədilməsi üçün əməliyyat uğurla keçirilmədi. Hətta sığortadan verilməli olan 1800 manat pul yeyildi. Heç bir bağ bərpa olunmadı. Şikayət etdikdə isə məni əlil arabasında klinikanın qapısından bayıra qoyub dedilər ki, get bundan sonra müalicəni harada istəyirsən, davam etdir. Səbəb kimi də göstərdilər ki, EnerMech şirkəti bura qədər pul ödəyib" deyə Hikmət Hüseynov bildirdi.

 

Vətəndaş deyir ki, sonra öz cibinin pulu ilə başqa klinikalardan birində müalicəsini davam etdirib. EnerMech şirkətinə müraciət edəndə isə bu şirkət hadisənin işdə baş verdiyini təsdiq etməyib. Bundan sonra vətəndaş Dövlət Əmək Müfəttişliyinə müraciət edib. Amma məsələyə dövlət müfəttişliyi tərəfindən soyuqqanlı yanaşılıb və təklif edilib ki, məhkəməyə müraciət edilsin. Səbail rayon Məhkəməsində hakim Elmar Rəhimov çox gülünc bir qərar çıxardıb. "Birinci məhkəmə prosesi necə və harda baş tutdu xəbərim olmadı. İkinci məhkəmədə isə şahidlərimi dinləmədilər. Və belə qərar verildi ki, bu məsələ baxılmamış saxlanılsın. Demək olar ki, müraciət etdiyim bütün yerlərdə məni aldatdılar. Düşünürəm bu məsələlərdə EnerMech şirkətinin pulu rolu oynayıb və məmurları satın alıb. Hətta bu şirkətin vəzifəli şəxsləri məni təhqir elədi. Buna görə 102 xidmətinə zəng etdim. 42-ci bölmədə əməkdaşı mənə bildirdi kiç təhqirin 80 manat cəriməsi var. Biz protokol tərtib edəcəyik, bununla iş qurtaracaq".


 

Vətəndaş qeyd edir ki, 2018-ci ildə Heydər Əliyev Fondunda qəbulda olub. Şikayətini qəbul edərək göndərilib Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin üstünə. Orada tapşırıq verillib ki, vətəndaşın hüquqları bərpa olunsun. Vətəndaş eyni zamanda Respublika Baş Prokurorluğuna müraciət edib. Qaradağ rayonunda istintaq-ekspertiza başlanıLıb. Amma vətəndaş Qaradağ rayon Prokurorluğunun da qərarından narazıdır. Çünki hadisənin işdə olduğu təsdiqlənsə də günah vətəndaşın özündə görülüb. Prokurorluğunun qərarını Əmək Müfəttişliyinə təqdim olunandan sonra şirkət qarşısında məsələ qoyulub ki, iz xarakterli AKT verilsin və vətəndaşın Tibbi Sosial Ekspert Komissiyasında əlilliyi müəyyən olunsun, müavinət alsın və sığortadan da ona dəymiş ziyana görə kompensesiyası ödənilsin. Amma EnerMach şirkəti Azərbaycan qanunlarına hörmətsizlik edərək bu AKTı verməyib. Əksinə şirkət 1 saylı İqtisad Məhkəməsinə müraciət edib. Burada isə şirkət məhkəmənin hakimi Tahirə Əsədova ilə hansısa formada əlbir olaraq vətəndaşı gözlətdiribər ki, guya hansısa video var ortada. Heç bir video olmamasına baxmayaraq vətəndaş gözlətdirilib.


 

Vətəndaş iki ildir çəkdiyi əziyyətlərdən usandığını bildirir. Sosial vəziyyəti olduqca aşağı olan şəxs borc içində boğulduğunu qeyd edir. Hikmət Hüseynov vurğulayır ki, prokurorluğa təqdim etdiyi sənədlər əsasında EnerMech şirkətinin bir sıra vəzifəli şəxsləri bu gün həbsdə olmalıdırlar.

Şikayətçi deyir ki, EnerMech şirkəti onu əsassız olaraq ƏM 70-ci maddəsinin ç bəndi ilə işdən azad edib. Həmçinin  23 manata yaxın əmək haqqını saxlayıblar. İki ildi sığortasını pensiyasını ala bilmir.

Vətəndaşın problemini diqqətdə saxlayacağıq. Daha hansı qaranlıq məqamların olduğuna isə növbəti məqalələrimizdə toxunacağıq. Amma istənilən halda qarşı tərəfin cavab vermək haqqını tanıyırıq.

Kivnews.com

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib