Dərc edilib: 29-03-2019

https://www.nuh.az/19262-.html

İlham Əliyev və Nikol Paşinyan arasında görüş başladı

29.03.2019 15:54:53

Siyasət

Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev "twitter” hesabında məlumat verib.
 
Görüşdə hər iki ölkənin xarici işlər naziri də iştirak edir.
Qeyd edək ki, ötən gün Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib