Dərc edilib: 30-03-2019

https://www.nuh.az/19264-.html

ATƏT Əliyevlə Paşinyanın görüşü haqda bəyanat yaydı

30.03.2019 10:53:15

Siyasət

“Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü pozitiv və konstruktiv atmosferdə keçib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatında deyilir.

Qeyd edilir ki, İlham Əliyevlə Nikol Paşinyan Vyanada Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endryu Şoferin iştirakı ilə görüş keçiriblər. Görüşdə, həmçinin, xarici işlər nazirləri Elmar Məmmədyarov, Zohrab Mnatsakanyan, ATƏT-in şəxsi nümayəndəsi Anjey Kasprişik iştirak edib.

Bəyanatda deyilir:

“Görüş pozitiv və konstruktiv şəraitdə keçib, hər iki liderə öz mövqeyini aydınlaşdırmaq imkanı verib. Onlar tənzimlənmə prosesi üzrə əsas məsələlər haqda fikir mübadiləsi aparıblar. Hər iki lider sülh şəraiti vəziyyətinin yaradılması və münaqişənin dinc yolla həlli yollarının tapılması üçün konkret və qəti addımlar atılmasının əhəmiyyətini vurğulayıblar.

Tərəflər Düşənbə danışıqlarını xatırlayaraq atəşkəs rejiminin qorunub-saxlanılmasının vacibliyini vurğulayıblar. Həmçinin, humanitar sahədə bir sıra tədbirlərin hazırlanması barədə razılığa gəliblər.

Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan öz ölkələrinin xarici işlər nazirlərinə yaxın gələcəkdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yenidən görüşməyi tapşırıblar. Onlar birbaşa dialoqu davam etdirmək barədə də razılığa gəliblər”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib