Dərc edilib: 31-03-2019

https://www.nuh.az/19271-.html

Sarımsaq çayı eşitmişdiniz? - Hazırlanma qaydası və faydaları

31.03.2019 13:18:16

Maqazin

Sarımsaq ölümdən başqa bütün dərdlərə dərmandır. Onu qəbul etməyin müxtəlif formaları var.

 

 Medicina.az   xəbər verir ki, sarımsağı əzdikdə çıxan şirəsi müalicə üçün daha effektivdir.

Amma birbaşa bu şirəni içmək mədə-bağırsaq üçün zərərlidir. Ona görə bu məqsədlə sarımsaq çayı hazırlanır.

Bu çayın hazırlanma reseptini təqdim edirik:

Hazırlamaq üçün 5 diş sarımsaq təmizlənib, pressdə əzilir. Sıyıq kimi kütlənin üzərinə 1 limonun suyu sıxılır. Bu qarışımın üzərinə 95 dərəcə istilikdə su əlavə olunur.

Çay 4-5 hissəyə bölünüb, gün ərzində isti, ilıq halda içilir. Əgər dad vermək istəsəz, 1 çay qaşığı bal əlavə edə bilərsiz

Faydaları:

- Sarımsaq çayı zərərli toksin və mikorqanizmləri öldürür, immun sistemini möhkəmləndirir. 

- Qrip, zökəm, iltihabi xəstəliklərdə içilə bilər.

- Ürək, qan-damar sistemini möhkəmləndirir, infeksiyalarla mübarizə aparır, qanda yaxşı xolesterini artırır, təzyiqi stabilləşdirir, orqan və toxumaları normal qan ilə təmin edir.

- Mədə-bağırsağı detoks edir, qaraciyəri təmizləyir, qurdları, parazitləri tökür. Bədəndə olan qurğuşun və civəni çıxarır. Maya göbələklərini məhv edir.

- Müntəzəm istifadə etdikdə insanı cavan saxlayır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib