Dərc edilib: 01-04-2019

https://www.nuh.az/19278-.html

İlham Əliyev Ərdoğanı təbrik etdi

01.04.2019 11:14:04

Siyasət

Prezident İlham Əliyev Türkiyədə keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

 

“Qafqazinfo” xəbər verir ki, Əliyev Ərdoğanı qurucusu olduğu və başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının Türkiyədə keçirilən bələdiyyə seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib. Azərbaycan prezidenti bu qələbənin Ərdoğana və onun yürütdüyü siyasətə Türkiyə xalqının dəstəyinin nümayişi olduğunu bildirib. Türkiyə prezidenti telefon zənginə və səmimi təbriklərə görə Əliyevə minnətdarlığını ifadə edib. Telefon danışığı zamanı xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin daim inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib