Dərc edilib: 03-04-2019

https://www.nuh.az/19294-.html

Prezident eks-naziri rektor təyin etdi

03.04.2019 13:37:13

Hadisə

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Dəniz Akademiyasına yeni rektor təyin edib.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib. 

Qeyd edək ki, Heydər Əsədov keçmiş Kənd təsərrüfatı naziridir. 

Xatırladaq ki, Akademiyanın keçmiş rektoru Çingiz Mansur oğlu Əliyev bu il, yanvarın 7-də vəfat etmişdi. 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib