Dərc edilib: 04-04-2019

https://www.nuh.az/19300-.html

Ukrayna MSK seçkilərin rəsmi nəticələrini açıqladı - Siyahı

04.04.2019 10:36:17

Dünya

Ukrayna Mərkəzi Seçki Komissiyası 31 martda keçirilən prezident seçkilərində səslərin 100 faizini hesabladığını açıqlayıb.


“Qafqazinfo”nun “segodnya.ua” saytına istinadən verdiyi xəbərə görə, 18 milyon 893 min 879 səs sayılıb. Bülletenlərin 1.18 faizi etibarsız hesab edilib.

 

Rəsmi nəticələrə əsasən, seçki yarışına 30.25 faiz səslə ( 5 milyon 713 min 825) Vladimir Zelenski liderlik edib.

 

Hazırkı prezident Petro Poroşenko 15.95 faiz səs (3 milyon 14 min 538), Yuliya Timoşenko isə 13.40 faiz səs (2 milyon 532 min 230) toplayıb.

 

Digər səs faizlərini təqdim edirik:

“Müxalifət platforması- həyat üçün” partiyasının rəhbəri Yuri Boyko – 11.67 faiz

“Vətəndaş mövqeyi” partiyasının lideri Anatoli Qritsenko – 6.91 faiz

Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri İqor smeşko- 6.04 faiz

“Radikal” partiyasının lideri Oleq Lyaşko – 5.48 faiz

Qeyd edək ki, aprelin 21-də Ukraynada prezident seçkilərinin ikinci turu keçiriləcək.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib