Dərc edilib: 04-04-2019

https://www.nuh.az/19302-.html

Bakının məşhur restoranında silahlı insident

04.04.2019 10:55:19

Reportaj

Bakının Binəqədi rayonunda yerləşən "Çeşməli” restoranında yeyib-içən qohumlar arasında mübahisə güllələnmə ilə nəticələnib. 
Qaynarinfo-nun məlumatına görə, nəticədə, iki nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirovvirtualaz.org-a faktı təsdiqləyib.
Onun sözlərinə görə, 37 yaşlı Elçin Nəbiyev əlin deşilmiş-kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb, ikinci zərərçəkmiş - 44 yaşlı Vəli Nəbiyev  isə kəllə-beyin travması alıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib