Dərc edilib: 05-04-2019

https://www.nuh.az/19310-.html

Poroşenko Zelenskinin tələbini qəbul etdi - Alkoqol və narkotik testindən keçəcək

05.04.2019 10:47:35

Dünya

Ukraynada hazırkı prezident Petro Poroşenko prezidentliyə namizəd Vladimir Zelenskinin tələbi ilə onunla birlikdə alkoqol və narkotik maddə testindən keçməyə razılıq verib.

“Qafqazinfo” “Life.ru”ya istinadən xəbər verir ki, test nümunələrinin hər iki tərəfin etibar edə biləcəyi laboratoriyada yoxlanılması təklif edilib.

Zelenski testin Kiyevdə Olimpiya stadionundakı tibbi mərkəzdə keçirilməsini istəyib.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin 2-ci turu 21 apreldə keçiriləcək. 1-ci turda Zelenski 30.25 faiz səslə lider olub.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib