Dərc edilib: 05-04-2019

https://www.nuh.az/19315-.html

İlham Əliyev icra başçılarının yerini dəyişdi (SİYAHI)

05.04.2019 17:43:47

Siyasət

Prezident İlham Əliyev icra başçılarının vəzifəsindən azad olunması və yeni icra başçılarının təyinatı ilə bağlı sərəncamlar imzalayıb.

 

Qaynarinfo xəbər verir ki, dövlət başçısı Novruz Nəcəf oğlu Novruzovu Şabran, Məhərrəm Böyükağa oğlu Quliyevi Ağstafa, Nizaməddin Məhəmməd oğlu Quliyevi Goranboy, Asif Həbib oğlu Hüseynovu Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

İlham Əliyev Asif Hüseynovu Şabran, Nizaməddin Quliyevi Ağstafa, Məhərrəm Quliyevi Goranboy, Novruz Novruzovu Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib