Dərc edilib: 05-04-2019

https://www.nuh.az/19317-.html

“NP BAKU Center”in təşkilatçılığı ilə Muzey Mərkəzində “Neyroelm və memarlıq” adlı seminar keçirilib

05.04.2019 19:08:42

Maraqlı

Martın 30-da Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və “NP BAKU Center”in təşkilatçılığı ilə Muzey Mərkəzində “Neyroelm və memarlıq” adlı seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov seminarın əhəmiyyətindən danışıb və Azərbaycan memarlıq sənətinin qədim ənənələri olduğunu vurğulayıb.

“Memarlıq və beyin neyronları ilə fəaliyyətin əlaqəsi” və “Rənglər və həndəsi obyektlərin beyində əksi” mövzularına həsr olunan seminar “NP BAKU Center”in rəhbəri, Türk-Amerikan Neuropsixiatriya Birliyinin üzvü Nurana Kazımovanın rəhbərliyi ilə aparılıb.

Qeyd edilib ki, seminar neyroelm və memarlıq arasındakı əlaqələri kəşf etmək məqsədi ilə təşkil olunub. Dünya neyroelm araşdırmaları göstərir ki, çevrəmizdə bizi əhatə edən bütün yaradıcılığımız, duyğu və davranışlarımız modellərimizdə özünü əks etdirir. İnsan beyninin quruluşu və yaradıcılığı ilə bağlı anlayışlarımız hələ də formalaşma mərhələsindədir. Yaradıcılığın mövhumatdan kənar, sərbəst xarakteri haqqında mövcud nəzəriyyələr, beyni təsvir edilə bilməyən, tərifə gəlməz tədqiqat obyekti kimi nümayiş etdirir.

İnsan beyni bizə məlum olan bəşəriyyətdə ən mürəkkəb qurğu kimi nəzərdən keçirilir. Beyində olan milyardlarla neyronlar, trilyonlarla sinapslar vasitəsilə bir-biri ilə əlaqə qurur. Beyin və orqanizmin yerdə qalan hissəsi ilə qurulan bağlantı unikal əhəmiyyətə malik sinir sistemi vasitəsilə təmin olunur.

Seminar mövzu ətrafında müzakirələrlə davam edib.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib