Dərc edilib: 06-04-2019

https://www.nuh.az/19327-.html

Məhkəmə hakimiyyətinə xalqın etimadı qalmayıb -deputat

06.04.2019 18:59:44

Müsahibə

Millət vəkili Çingiz Qənizadə məhkəmə hakimiyyətinə dair prezident İlham Əliyevin verdiyi fərmanı şərh edib. Realtv.az saytına verdiyi müsahibədə o, məhkəmə hakimiyyətini və hakim korpusunu sərt tənqid edib.


“Qafqazinfo” xəbər verir ki, millət vəkili deyib ki, məhkəmə hakimiyyətinə xalqın etimadı qalmayıb, hakim korpusu içərisində korrupsiya və rüşvətə qurşanma halları var. “Bunu da bütün ölkə ictimaiyyəti bilir. Prezidentin məlum fərmanı bu etimadsızlığı aradan qaldırmaq, neqativləri düzəltmək və məhkəmə hakimiyyətini yeniləmək üçün inqilabi bir addımdır. Azərbaycan cəmiyyəti bu fərmanı birmənalı olaraq müsbət dəyərləndirir və çoxdan gözlənilən fərman idi. Bu fərman təkcə məhkəmə hakimiyyətinə deyil, məhkəmə hüquq-sisteminə aid olan qurumların islahatına yönələn fərmandır.  

Ola bilər ki, 3-5 ay sonra Azərbaycan xalqının məhkəmələrə itirilmiş inamının bərpasının şahidi olaq”.

Millət vəkili məhkəmə hakimlərinin sayının 200 nəfərədək artırılması qərarını da alqışlayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib