Dərc edilib: 07-04-2019

https://www.nuh.az/19332-.html

Mədət Quliyevdən gənclərə çağırış

07.04.2019 14:40:25

Günün sitatı

“Gəncləri siqaretdən, spirtli içkilərdən imtina etməyə çağırırıq”.

 

Trend  xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Mədət Quliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Veloparkda Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Az avtomobil, çox həyat” devizi altında keçirilən velosiped yürüşü zamanı deyib:

“Biz bu addımımızla ümumdünya sağlamlıq prosesinə qoşuluruq və gənclərimizi xoşagəlməz vərdişlərdən, həmçinin siqaretdən, spirtli içkilərdən imtina etməyə çağırırıq. Gəlsinlər, idmanla məşğul olsunlar və öz sağlamlıqlarına diqqət yetirsinlər”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib