Dərc edilib: 07-04-2019

https://www.nuh.az/19334-.html

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Loqistika Mərkəzi Əbülfəz Məlikova verilib

07.04.2019 18:10:27

Hadisə

İllərdir adı mətbuatda gömrük monopolisti kimi hallanan, əməlləri ilə insanların mühüm dövlət qurumuna olan inamını korlayan, hətta Gomrük Komitəsinin sədri olmaq ambisiyaları ilə yaşayan məhşur “Transbroker” ASC-nin sahibi Əbülfəz Məlikovla bağlı Bizimxeber.az-a olduqça ilginc məlumatlar daxil olub. Hələlik o məlumatlardan birini oxuculara təqdim edirik.

Gömrük sistemindəki köklü dəyişikliklərdən sonra olduqca ağır duruma düşən, özünümüdafiə üçün müxtəlif yollara əl atan Əbülfəz Məlikov nəhayət ki, Abşeron Loqistika Mərkəzində möhkəmlənə bildi. Hələlik onun bu posta təyinatı ilə bağlı rəsmi açıqlama verilməsə də, Bizimxeber.az olaraq dəfələrlə Məlikovun Abşeron Loqistika Mərkəzində baş direktor postu tutmasını yazmışıq. Amma təəssüflər olsun ki, adi bir xəbəri operativ təkzib edən və təcili yayan müvafiq dövlət qurumu hələ ki bu xəbəri nə təsdiq, nə də təkzib edir.

Bu gün isə redaksiyaya daxil olan məlumata görə, gömrük monopolsti Əbülfəz Məlikova möhtəşəm Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Loqistika Mərkəzi də həvalə olunub. Ola bilsin ki, əksəriyyət bu limanın və məhz Loqistika Mərkəzinin nə qədər ciddi və ya hansı statusda olduğunu o qədər də anlamır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Loqistika Mərkəzinin Əbülfəz Məlikov kimi reputasiyası kirli olan bir şəxsə verilməsi gələcəkdə bu limanın fəaliyyətini sual altında qoymurmu? Əcəba, bu postu gömrük monopolstinə kim həvalə edib? Bilirsiniz söhbət nədən gedir? Söhbət hansısa adi gömrük məntəqəsindən getmir, müasir dünyanın qəbul etdiyi standartlara cavab verən azad ticarət zonasından gedir.

Məlumat üçün bildirək ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı azad ticarət zonası tipli xüsusi iqtisadi zonadır. Dövlət başçısı İlham Əliyev çalışır ki, Azərbaycanda da Bakı Beynəlxalq Dəniz Ticarət Limanı logistik mərkəzə, “ticarət cənnəti”nə çevrilsin. Amma Əbülfəz Məlikovlamı? Ölkədə Əbülfəz Məlikovdan başqa bu sahəni bilən kimsə yoxdurmu? Bu işləri Məlikova verməklə kimlər nəyə nail olmaq istəyirlər? Məlikovun bu limandakı fəaliyyətindən limanı “ticarət cənnəti”nə çevirmək istəyən şəxslərin xəbəri varmı?

Daha maraqlı faktları yaxın günlərdə oxuyun. Bizi izşləyin!

 

Bizimxeber.Az

NUH informasiya agentliyi səhifəsindən çap edilib