Dərc edilib: 08-04-2019

https://www.nuh.az/19342-.html

Ərdoğanla Putin Moskvada görüşdü - Yenilənir

08.04.2019 17:41:45

Günün sitatı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya rəsmi səfər edib.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, onu “Vnukovo-2” Hava Limanında Rusiya Xarici işlər nazirinin köməkçisi Aleksandr Qruşko, Türkiyənin Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Mehmet Samsar və digər rəsmi şəxslər qarşılayıblar. 

 

 

Ərdoğanı XİN rəhbəri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Fateh Dönməz, xəzinə və maliyyə naziri Bərat Albayraq, mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, müdafiə naziri Hulusi Akar, kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli, ticarət naziri Ruhsar Pəkcan, nəqliyyat və infrastruktur naziri Mehmet Cahid Turhan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, müdafiə sənayesi naziri İsmayıl Dəmir müşayiət edib.

Türkiyə prezidenti Kreml sarayında keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci toplantısında rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

***

Türkiyə və Rusiya prezidentləri bir araya gəlib. Liderlər təkbətək görüşdən öncə jurnalistlərə açıqlama veriblər. 

***

Ərdoğan toplantı çərçivəsində siyasi, hərbi, ticari və mədəniyyət sahələrində strateji görüşlərin olacağını bildirib. 

O, 3 müqavilənin imzalanacağını, bundan əlavə Suriyadakı vəziyyət, terrorçulara qarşı birgə mübarizənin müzakirə olunacağını sözlərinə əlavə edib.

Putin isə Rusiya ilə Türkiyə arasında ticarətin həcminin 35 milyard dollara çatdığını söyləyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib