Dərc edilib: 09-04-2019

https://www.nuh.az/19351-.html

Ramin Hacılı azadlığa çıxdı - Foto

09.04.2019 15:58:18

Reportaj

Gənc fəal Ramin Hacılı azadlığa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ramin sosial şəbəkədə məlumat paylaşıb. O,  “Azadlıqdayam! Hər şey yaxşı olacaq!” sözlərini yazıb.

***

Qeyd edək ki, 2018-ci il iyunun 4-də  gənc fəal Ramin Racılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd edərkən saxlanılmışdı.

Daha sonra məhkəmə onun barəsində həbs qətimkan seçmişdi. R.Hacılının cinayət işinə məhkəmədə baxılıb və o, bu gün azadlığa buraxılıb.

R.Hacılı saxlanılarkən 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışmasını bildirmişdi. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib