Dərc edilib: 10-04-2019

https://www.nuh.az/19355-.html

15 yaşlı kamikadze terror törətdi - 8 ölü, 26 yaralı var

10.04.2019 10:52:14

Kriminal

Misirin Sina yarımadasının şimalında kamikadze insanların sıx olduğu nəzarət-keçid məntəqəsində üstündəki bombanı işə salıb.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, partlayış nəticəsində özü və 7 sivil ölüb, 26 nəfər isə yaralanıb.

Ölənlər arasında 4 təhlükəsizlik işçisi və 6 yaşlı bir uşaq da olub.

Daxili İşlər Nazirliyi terrorçunun 15 yaşında olduğunu açıqlayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib