Dərc edilib: 11-04-2019

https://www.nuh.az/19367-.html

Ən çox rast gəlinən orfoqrafik səhvlər

11.04.2019 15:42:07

Mədəniyyət

 

Bir  neçə ay əvvəl Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanda qeyd edilir:


“Müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir»


Həqiqətən də son illər mətbuat vasitələrində dilimizin nəinki ədəbi normaları pozulur, hətta sözlərin düzgün yazılışına əməl edilmir.

Problemlə bağlı  doğma dilimizin mükəmməl  bilicilərindən biri olan  Dürdanə Mirzə qızı Rəhimzadəyə müraciət etdik.

Məlumat üçün  bildirək ki, Dürdanə xanım  Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildən pedaqoji fəaliyyətə başlayıb.  1997-ci ildə namizədlik dissertasiyası müdafiə edib. Hazırda Azərbaycan Tibb Universitetinin Azərbaycan dili kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktorudur. Strateji Yol Xəritəsinin hazırlanması çərçivəsində AR Səhiyyə Nazirliyində Azərbaycan dilinin Tibbi Terminoloji lüğətinin tərtibi üzrə  işçi qrupun  üzvüdür. 15-dən  çox   beynəlxalq  konfransda  məruzəçi kimi iştirak etmişdir.  6 dərs vəsaiti və monoqrafiya müəllidir. 50 –yə yaxın elmi məqalənin müəllifidir.


Dürdanə Rəhimzadə son illər mətbuatda ən çox rast  gəlinən orfoqrafik səhvlər barədə qeydlərini saytımıza bildirdi.

Tez-tez rastlaşdığımız   fənnlər, sirrlər, xəttsiz və s. kimi  yazılış  orfoqrafik cəhətdən yanlışdır.

Fənn, xətt, hədd, sədd, sirr və s. kimi təkhecalı, qoşa saitlə bitən  sözlərə samitlə başlayan şəkilçi artırdıqda qoşa saitdən biri düşür, yəni fənn+lər= fənnlər yox, fənlər yazılmalıdır. Bu qəbildən olan digər sözlərin də düzgün yazlışı belədir:  xətt-xətsiz, xətli, xətlər, xətdən; hədd – hədsiz, hədlər;  sirr – sirli, sirsiz, sirdən  və s.

 

   NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib