Dərc edilib: 12-04-2019

https://www.nuh.az/19376-.html

Müəllim şagirdi döyüb xəstəxanalıq etdi? - Daha bir məktəbdə hadisə

12.04.2019 14:59:29

Günün sitatı

Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində 321 nömrəli məktəbdə müəllim şagirdi döyüb. 


 Virtualaz.org  xəbər verir ki, xəsarət alan şagird Aqşin Hüseynov təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Şagirdə kəllə-beyin travması diaqnozu qoyulub. Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov təsdiqləyib.

12 yaşı olan məktəbli 7-ci sinifdə oxuyur. Onu döyüb ağır xəsarət yetirən müəllimin adı hələlik məlum deyil.  

Faktla bağlı araşdırma aparılır.

***

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblinin yıxıldığını açıqlayıb. Təhsil idarəsinin məlum hadisəylə bağlı açıqlamasını buradan oxuya bilərsiz.

NUH informasiya agentliyi səhifəsindən çap edilib