Dərc edilib: 13-04-2019

https://www.nuh.az/19386-.html

“Diqlas”ın yerində 4 mərtəbəli Hipermarket tikiləcək

13.04.2019 11:47:22

Hadisə

Yanaraq tamamilə yararsız vəziyyətə düşən “Diqlas” Ticarət Mərkəzinin yaxın günlərdə sökülməsinə başlanacaq. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri yanğından sonra binadan istifadəni mümkünsüz hesab edərək sökülməsi ilə bağlı rəy verib. Hazırda sahibkarlar yanmayan mallarını növbə ilə çıxarır.

Elə isə sökülən “Diqlas”-ın yerində nə tikiləcək? Bizimxeber.az-a daxil olan məlumata görə, Ticarət Mərkəzinin yerində 4 mərtəbəli Hipermarket tikiləcək. Məlumata görə, bu paytaxtın ən böyük hipermarketlərindən biri olacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib