Dərc edilib: 13-04-2019

https://www.nuh.az/19388-.html

Qazaxıstan prezidenti onun portreti ilə reklam lövhələrini qadağan etdi

13.04.2019 12:31:50

Günün sitatı
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev onun portreti ilə reklam lövhələrinin quraşdırılmasını yersiz adlandırıb.
Qaynarinfo xəbər verir ki, Qazaxıstan dövlətinin başçısı bu barədə Twitter-də yazıb.

Tokayev dünən işgüzar səfərdə Aktau şəhərinə gəlib. Prezidentin sözlərinə görə, ona şəhərdə 14 dəbdəbəli billboardun yerləşdirilməsi barədə məlumat verilib.
"Hesab edirəm ki, bu tamamilə yersizdir, mən belə təbliğata ehtiyac duymuram. Belə inzibati cəhd nəyə lazımdır?"-deyə Tokayev ictimaiyyətlə görüşdə soruşub.
Bundan sonra o, bütün səviyyələrdən olan akimlərə (merlərə və qubernatorlara) reklam plakatlarında ölkənin ilk prezidenti Nursultan Nazarbayevin rəhbərliyi ilə əldə edilən uğurları nümayiş etdirməyi tapşırıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib