Dərc edilib: 13-04-2019

https://www.nuh.az/19391-.html

Medvedev ötən il Putindən çox qazanıb

13.04.2019 17:03:10

Maraqlı

Rusiya prezidenti Vladimir Putin başda olmaqla baş nazir Dmitri Medvedev və digər rəmi şəxslərin illik qazancları haqqında hesabat hazırlanıb. 


“Qafqazinfo”nun xəbərinə görə, prezident 2018-ci ildə 8 648 353 rubl gəlir əldə edib.

Putinin mülkiyyətində 77 kvadratmetr əraziyə malik mənzil, 18 kvadratmetlik qaraj, 153,7 kvadratmetrlik daha bir mənzil var. Bütün obyektlər Rusiyada yerləşir. 

Bundan əlavə, Rusiya prezidenti 2 ədəd “QAZ M21”, 1 ədəd “Niva” markalı avtomoli və “Skif” treylerinə sahibdir.

Medvedev isə dövlət başçısından fərqli olaraq daha çox- 9, 917 milyon rubl qazanıb.

Hökumət başçısının rəhbəri 367,8 kvadratmetr sahəsi olan mənzilə, “QAZ-20” və “QAZ-21” markalı avtomobillərə, eləcə də 47 hektar torpaq sahəsinə malikdir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib