Dərc edilib: 15-04-2019

https://www.nuh.az/19407-.html

99 YP 374 növbəti dəfə qaydaları pozur (VİDEO)

15.04.2019 13:22:24

İdman

Bir neçə gün əvvəl vətəndaşlardanbiri 99 YP 374 dövlət qeydiyyat nişanlı xidməti avtomobildə xidmət aparan DYP əməkdaşının Babək prospektində 90 saniyə ərzində 3 dəfə kobud qayda pozduğu ilə bağlı videogörüntünü saytımıza göndərmişdi və bununla bağlı saytımıza məqalə dərc olunmuşdu. 
Məqalə dərc olunduqdan sonra daha bir oxucumuz həmin əməkdaşın eyni gündə Babək prospektinin başqa bir hissəsində qayda pozduğunu təsdiq edən videogörüntü göndərib. 
Qaynarinfo xəbər verir ki, sürücü əvvəlcə hərəkət zolağını dəyişərkən 1.1 nişanlanma xəttinin tələbini pozur, daha sonra isə ancaq geriyə dönməyə icazə verilən ən sol zolaqdan düzünə hərəkət edir. Bütün bunları edərkən də sayrışan işıq və səs siqnalından istifadə etmir. 
YHQ-nin tələblərini pozan sürücüləri inzibati məsuliyyətə cəlb edən YPX əməkdaşı nədənsə özü həmin qanunlara riayət etmir. Görünən odur ki, bu əməkdaş özü ya intizamsız sürücüdür, ya da "Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunu"dan xəbərsizdir. 
Görüntünü təqdim edirik.

NUH informasiya agentliyi səhifəsindən çap edilib