Dərc edilib: 15-04-2019

https://www.nuh.az/19409-.html

Nazarbayevdən Koçaryana məktub - “O illəri sevgi ilə xatırlayıram”

15.04.2019 14:25:16

Region

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev Ermənistanın həbsdə olan ikinci prezidenti Robert Koçaryana məktub göndərib.

“Qafqazinfo”nun “news.am” saytına istinadən verdiyi xəbərə görə, Nazarbayev Koçaryana Qazaxıstanda gedən daxili-siyasi proseslər və dəyişikliklər barədə məlumat verib, eləcə də Koçaryanın prezidentliyi dövründə onunla birgə işlədikləri illəri sevgi və səmimiyyətlə xatırladığını bildirib.

O, Koçaryanla şəxsi əlaqələrinin gələcəkdə də davam edəcəyinə ümid etdiyini söyləyib.

Xatırladaq ki, R. Koçaryana qarşı 1 mart 2008-ci il hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində ittiham elan olunub. O, dekabrın 7-dən həbsdədir. Martın 15-də keçirilən məhkəmə prosesində Koçaryanın həbs müddəti daha 2 ay artırılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib