Dərc edilib: 16-04-2019

https://www.nuh.az/19422-.html

Avtoyuma məntəqələri ilə mühasirəyə alınmış məktəb-FOTOLAR

16.04.2019 19:23:50

Mədəniyyət

Bakıda 244 saylı məktəbin şagirdləri siniflərdə söyüş səsindən otura bilmirlər.

 
 Azerinfo.tv xəbər verir ki, bu haqda xəbər verən şikayətçilər deyir ki, təhsil ocağının düz divarlarına bitişik onlarla iaşə obyekti var. Sinif otaqlarının pəncərəsi altında açılan avtoyuma məntəqələri məktəbdə normal dərs keçirilməsinə imkan vermir.
Avtoyuma işçilərinin qəhqəhəsi, anormal leksikonu həm şagirdlərin ,həm müəllimlərin əsəblərinə işləyir.
7-ci mikrorayonda yerləşən bu məktəbin direktoru artıq 20 ilə yaxındır ki, Yəhya Abbasdovdur. Bu qanunsuz tikililər məhz onun vaxtında istifadəyə verilib. Hətta avtoyumalardan birinin ona məxsus olduğu iddia edilir. Hər halda məktəb direktoru buna aydınlıq gətirsə mövqeyini dərc edəcəyik. Lakin bir həqiqət var ki, bu problem neçə vaxtdır mövcuddur. Ancaq məktəb rəhbərliyin şikayətinə heç bir mətbu orqanda rast gəlmədik.
Yəni avtoyumadan ucalan səslər direktorun otağında eşidilmir, yoxsa başqa səbəb var?

Avtoyuma məntəqələri ilə mühasirəyə alınmış məktəb-FOTOLAR
Avtoyuma məntəqələri ilə mühasirəyə alınmış məktəb-FOTOLAR
Avtoyuma məntəqələri ilə mühasirəyə alınmış məktəb-FOTOLAR
Avtoyuma məntəqələri ilə mühasirəyə alınmış məktəb-FOTOLAR
Avtoyuma məntəqələri ilə mühasirəyə alınmış məktəb-FOTOLAR
Avtoyuma məntəqələri ilə mühasirəyə alınmış məktəb-FOTOLAR

NUH informasiya agentliyi səhifəsindən çap edilib