Dərc edilib: 17-04-2019

https://www.nuh.az/19430-.html

Prezident özünü güllələdi

17.04.2019 18:36:06

Dünya
Perunun sabiq prezidenti Alan Qarsiya özünü güllələyib.

Qaynarinfo The Mirror-a istinadən xəbər verir ki, polis rüşvətxorluqda ittiham edilən sabiq prezidenti həbs etmək üçün evə daxil olub və Qarsiya başına atəş açıb. 

69 yaşlı Alan Qarsiyanın vəziyyətinin ağır olduğu bildilir.
 
Qeyd edək ki, A.Qarsiya iki dəfə Peru prezidenti olub. O, 1985-1990 və 2006-2011-ci illərdə dövlət başçısı postunu tutub. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib