Dərc edilib: 17-04-2019

https://www.nuh.az/19431-.html

İstanbulda seçki gərginliyi bitdi: İmamoğlu mandatını aldı

17.04.2019 18:42:57

Region
Əkrəm İmamoğluna İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəsiqəsi təqdim edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. 
***17.00 
İstanbulun bələdiyyə sədri seçilmiş Əkrəm İmamoğluna mandat təqdim ediləcək.
Qaynarinfo "Sözcu"yə istinadən xəbər verir ki, bu barədə Cümhuriyyət və Xalq Partiyası (CHP) İstanbul Bölgə sədri Canan Kaftancıoğlu məlumat verib.
 
Onun sözlərinə görə, İmamoğlu Çağlayan Ədliyyəsindəki Bölgə Seçki Komissiyasına dəvət edilib və Türkiyə vaxtı ilə saat 16.00-da mandat təqdim ediləcək. 
Qeyd edək ki, CHP namizədi Əkrəm İmamoğlu 31 martda keçirilən parlament seçkilərində İstanbulun bələdiyyə sədri seçilib. O, əsas rəqibi Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırımıgeridə qoyub. 
AKP-nin etirazı və səslərin yenidən sayılması səbəbilə İmamoğluna bu günə qədər mandat təqdim edilmirdi. 
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib