Dərc edilib: 17-04-2019

https://www.nuh.az/19432-.html

"Hüquqi islahatların başında Ramiz Rzayev duracaqsa..."

17.04.2019 18:55:13

Müsahibə

"Prezident hüquqi islahatlar və məhkəmələrin buraxılıb yenidən qurulması ilə bağlı tarixi bir fərman imzaladı. Amma bu inqilabi fərman həyatda necə icra edildi? Ali Məhkəmənin sədri, məhkəmə özbaşınalığı və korrupsiyanın başında duran Ramiz Rzayev jurnalistləri toplayıb islahatlardan dəm vurur. Sual edirəm: əgər məhkəmə və hüquqi islahatların başında Ramiz Rzayev duracaqsa, onda hansı islahatdan söhbət gedir? Və bu fərmana lüzum var idimi?"

Qaynarinfo-nun verdiyi xəbərə görə, bu fikirləri  tanınmış jurnalist, Haqqin.az saytının baş redaktoru Eynulla Fətullayev sosial şəbəkədə yazdığı statusunda bildirib.
E.Fətullayev daha sonra yazıb:
"Sual edirəm: Prezident islahatlar haqda fərman imzalayırsa, deməli bu sahədə problemləri etiraf etmiş olur. Fərmanda hər cümlədə korrupsiya ifadəsi var. Əgər, məhkəmələrdə korrupsiya etiraf edilirsə, o zaman Ramiz Rzayev mətbuat konfransında nədən və kimdən danışır? Axı son 15 ildə Ali Məhkəmənin başında duran bu şəxsdir, deməli islahatlara deyil, korrupsiyaya da məsul odur..."
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib