Dərc edilib: 18-04-2019

https://www.nuh.az/19440-.html

Ramazanın başlayacağı və bitəcəyi TARİX AÇIQLANDI

18.04.2019 14:28:05

Maraqlı

Bu il Azərbaycanda Ramazan ayı miladi təqvimi ilə mayın 6-da başlayacaq.
 
 Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Qaynarinfo-ya verilən məlumata görə, mayın 5-i niyyət axşamı, 6-si isə Ramazanın birinci günüdür.
Bakı şəhərində imsak saat 03:57-də, iftar vaxtı isə 19:56-dır
Ramazan ayında xüsusi əhəmiyyətə malik olan Qədir gecələri bu il müvafiq olaraq may ayının 23-25-i, 27 və 31-i tarixlərində qeyd olunacaq. Ramazan bayramı isə  iyunun 5-də qeyd olunacaq. İyunun 6-sı bayramın ikinci günü kimi qeyri-iş günüdür.  
Qeyd edək ki, bu il Türkiyədə Ramazan ayı 6-sı mayda başlasa da, qonşu dövlətdə bayram iyunun 4-də qeyd olunacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib