Dərc edilib: 19-04-2019

https://www.nuh.az/19446-.html

“Anamı zorladın, sonra bildi ki, evlisən...” - Daha bir şok ittiham

19.04.2019 14:32:02

Kriminal

Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı qızı Pərvanə atası Ağalar Dostəliyevin ittihamlarına cavab verib. 

 

 “Qafqazinfo” xəbər verir ki, o, anasının A. Dostəliyev tərəfindən təcavüzə məruz qaldığını, daha sonra məhkəmə yolu ilə soyadını ona verdiyini iddia edib:

“Sən şərəfsiz, alçaqsan. Anama şər-böhtan atırsan ki, guya ad günündə onunla tanış olub otelə getmisiz.  Sən Şəhlaya (anama) 9 may tarixində “Volçiy Vorota” qəbiristanlığında (Qurd qapısı) təcavüz etdin. O, istəyərək sənlə bərabər olmayıb.  Daha sonra məhkəmə xətti ilə özün qol çəkdin, soyadını verdin. Bacılarınla birgə anamı dəlixanalara saldırdın. Bu bəlanı anamın başına gətirdikdən sonra öyrəniblər ki, sən 4 aydır ki, evlisən. 11 il anamın ailəsi babamın üzünə baxmayıb. Sonra 6 yaşında öz övladına bunu etdin və məni qorxutdun ki, heç kimə demə. Mən özümü biabır etsəm də, həqiqəti hər kəs öyrənəcək. Sən və bacıların mənim anamın adını ləkəliyə bilməzsiz. Anamı bacılarınla tay etmə”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib