Dərc edilib: 19-04-2019

https://www.nuh.az/19451-.html

"Təpəni döyərəm maşına, ləçər": Qadını təhqir edən məmur çıxdı - VİDEO (18+)

19.04.2019 20:20:57

Günün sitatı

Sosial şəbəkələrdə kişinin qadını təhqir etməsi ilə bağlı yayılan videoda yeni məlumatlar üzə çıxıb.

 

 haqqin.az   məlumat verir ki, qəzaya düşən xanım sürücüyə təhqiramiz ifadələr işlədən şəxsin kimliyi bəlli olub.

Qeyd olunur ki,  həmin şəxs Sumqayıtın icra başçısı Zakir Fərəcovun əmisi oğlu Novruz Fərəcovdur. O, eyni zamanda dövlət məmurunun qaynıdır. Özü də dövlət işində çalışır.

Bundan başqa hadisə Bakıda deyil, Sumqayıtda, dənizkənarı parkın yaxınlığında baş verib.

 

 

Xatırladaq ki, bu gün xanım sürücü ilə digər bir şəxsin avtomobili toqquşub. Nəticədə avtomobili əzilən şəxs xanımı çox ağır şəkildə təhqir edib. Bundan başqa həmin şəxs qadını vurmaqla hədələyib. "Təpəni döyərəm maşına, ləçər". - o deyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib