Dərc edilib: 20-04-2019

https://www.nuh.az/19453-.html

Yunanıstan Almaniyadan təzminat tələb edir - 300 milyard avro

20.04.2019 10:24:08

Dünya

Yunanıstan baş naziri Aleksis Çipras 2-ci dünya müharibəsində Yunanıstanı işğal zamanı dəymiş ziyana görə Almaniyadan 300 milyard dollar təzminat tələb edib.

 

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, o, bunu tələb etməyin Yunanıstanın tarixi və əxlaqi borcu olduğunu deyib. Çipras məsələ ilə bağlı rəsmi Berlinə nota veriləcəyini də vurğulayıb. Almaniya hökuməti isə təzminat ödənilməsi lazım olan ölkələrə 1950-ci illərdə bütün ödənişlərin edildiyini bildirib. Hətta bununla bağlı Yunanıstanla müqavilə imzalandığı da qeyd edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib