Dərc edilib: 20-04-2019

https://www.nuh.az/19454-.html

Qubaya qar yağıb, ağaclara zərər dəyib

20.04.2019 10:29:12

Hadisə

Quba rayonuna qar yağıb, çiçək açmış ağaclara zərər dəyib.
Qaynarinfo - nun Şimal bürosunun verdiyi məlumata görə, gecə saatlarında Quba və şimal zonasının digər rayonlarına qar yağmağa başlayıb.
Qar meyvə ağaclarına zərər vurub. Ağacların çiçəkləri yağıntının və şaxtanın təsirindən donub.
Hazırda qarın yağıntısı davam edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib