Dərc edilib: 21-04-2019

https://www.nuh.az/19467-.html

İt Bakıda 4 yaşlı uşağı parçaladı FOTOLAR

21.04.2019 18:06:37

Hadisə

Unikal.org   xəbər verir ki, paytaxtın  Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib. Belə ki, 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb. İt azyaşlının yanaq nahiyəsini  parçalayıb. Məlumata görə, it quduz olduğu üçün uşağı dişləyən kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1  saylı Klinik xəstəxanaya aparılıb.
H. Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa  edilib. 
Hazırda müalicəsi davam etdirilir.


SulutÉpÉdÉ it 4 yaÅlı uÅaÄın üzünü parçaladı -FOTOLAR

NUH informasiya agentliyi səhifəsindən çap edilib