Dərc edilib: 22-04-2019

https://www.nuh.az/19473-.html

Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilib - Foto

22.04.2019 12:18:56

Müsahibə

Aprelin 28-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyi tamam olur.


“Qafqazinfo” xəbər verir ki, Binəqədi rayonunda yerləşən Zərifə Əliyeva adına İstirahət parkında Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunan Binəqədi rayon İcra hakimiyyətinin dəstəyi ilə Bakı Modern Təhsil Kompleksinin şagidlərinin təşkil etdiyi “Qayğıkeş ana” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxışan edən rəsmi nümayəndələr oftalmoloq-alim Zərifə Əliyevanın tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini qeyd ediblər.

Rəsmi nümayəndələrin çıxışından sonra tədbiri Bakı Modern Təhsil Kompleksinin şagirdləri davam etdiriblər. Şagirdlər Zərifə Əliyevanın respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazandığını vurğulayıblar. Həmçinin, Zərifə Əliyevanın dünyada ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi tədqiqat laboratoriyası yaradaraq və praktik olaraq elm aləmində yeni bir istiqamətin – "peşə oftalmologiyası"nın əsasını qoyulmasını da iştirakçıların nəzərinə çatdırılıb.
 
Tədbir Bakı Modern Təhsil Kompleksi şagirdlərinin təşkil etdiyi konsert proqramı ilə davam edib. Xatirə günündə şagirdlərin əl işlərindən ibarət sərgi, ədəbi-musiqili kompozisiya sərgisi, gipsdən hazırlanmış nar maketlərinin bəzədilməsi və çay daşlarının üzərində işləmələr nümayiş olunub. Tədbirə dəvət olunmuş uşaqların vaxtlarını daha maraqlı keçirmək üçün tədbirdə şahmat yarışı, şən estafetlər, futbol-robot oyunları keçirilib.

Həmçinin tədbirdə Bakı şəhərində yerləşən kimsəsiz uşaq evlərindən olan uşaqlara yardım etmək məqsədi ilə xeyriyyə aksiyası keçirilib. Kimsəsiz, qayğıya ehtiyacı olan uşaqlara maraqlı, qeyri adi təəssuratlarla xatirələrində qalan bir gün təşkil olunub.

 



 

NUH informasiya agentliyi səhifəsindən çap edilib