Dərc edilib: 22-04-2019

https://www.nuh.az/19475-.html

Əliyev Şri-Lanka Prezidentinə başsağlığı verdi

22.04.2019 13:48:59

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenaya məktub ünvanlayıb. 

“Qafqazinfo” xəbər verir ki, başsağlığı məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizdə törədilmiş partlayışlar nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Şri-Lanka xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib