Dərc edilib: 23-04-2019

https://www.nuh.az/19481-.html

Prezident Mərdəkan-Qala yolunun açılışında - Fotolar

23.04.2019 13:49:28

Siyasət

Prezident İlham Əliyev aprelin 23-də Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev sakinlərlə görüşüb.

Sonra Mərdəkan-Qala avtomobil yolunun tikintisi layihəsi barədə məlumat verilib.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

 








 

NUH informasiya agentliyi səhifəsindən çap edilib