Dərc edilib: 25-04-2019

https://www.nuh.az/19493-.html

İntihar edən müəllimənin nəşi tapıldı

25.04.2019 12:02:49

Kriminal

Ötən gün özünü evlərinin yaxınlığından keçən körpüdən Akkuşa çayına atmış Salyan rayonunun Seyidsadıqlı kənd sakini, 35 yaşlı Aysel Dadaşovanın cəsədi tapılıb.


 Virtualaz.org   xəbər verir ki, cəsəd qadının özünü çaya atdığı yerdən 7 km aralıda, rayonun Qızılağac kəndi ərazisində suyun üzərinə çıxdığı üçün aşkar olunaraq FHN-nin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Aysel Dadaşovanın 3 azyaşlı oğlan uşağının anası və Seyidsadıqlı kənd orta məktəbinin ibtidai sinif müəlliməsi olduğu deyilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib