Dərc edilib: 25-04-2019

https://www.nuh.az/19495-.html

S E V İ N Ci kim özəlləşdirib ?

25.04.2019 13:35:59

İqtisadiyyat

Bakının Qara Qarayev prospektində yerləşən məşhur "Sevinc" kinoteatrı sökülmək üçün hasara alınıb.

 

Ərazidə yaşayan sakinlər unikal.org-a bildirib ki, hasara alınan kinoteatr sökülərək yerində bir neçə mərtəbəli ticarət mərkəzi, zirzəməsində isə geniş parking tikiləcək. Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov bildirib ki, adıçəkilən kinotetar Mədəniyyət Nazirliyinin balansında deyil. Həmin kinoteatr 2000-ci ilin əvvəllərində özəlləşdirilib. Qeyd edək ki, 1970-ci illərdə istifadəyə verilən "Sevinc" (Təbriz) kinoteatrı uzun müddətdir fəaliyyət göstərmir.

 

Kinoteatrın kim tərəfindən özəlləşdirilməsi  ilə  bağlı  NUH.az-ın apardığı  araşdırma zamanı məlum olub ki, obyektin sahibi  Prezident Administarsiyasında çalışır. 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib