Dərc edilib: 28-04-2019

https://www.nuh.az/19515-.html

Mədət Quliyev F1-in Bakı trekinin veloyürüşündə - Fotolar

28.04.2019 13:04:14

Reportaj

Formula 1 SOCAR Azərbaycan Qran Prisinin Bakı trekində veloyürüş keçirilib.


Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda dünyanın məşhur pilotlarının iştirakı ilə Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin əsas mərhələsi başlamamışdan əvvəl yarışların keçirildiyi Bakı trekində aprelin 28-də DTX-nin Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun təşkilatçılığı Formula 1 şirkətinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə ənənəvi olaraq veloyürüş təşkil edilib.

Formula 1 yarışlarının şəhər trası növündə öz nadirliyi ilə seçilən Bakı trekində keçirilən veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, Azərbaycanın cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli, həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun üzvləri iştirak ediblər.

 





 

NUH informasiya agentliyi səhifəsindən çap edilib