Dərc edilib: 28-04-2019

https://www.nuh.az/19517-.html

Nazarbayev Ceki Çanla görüşdü - Fotolar

28.04.2019 14:37:35

İdman

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Pekində məşhur çinli aktyor Ceki Çanla görüşüb.


“Qafqazinfo” Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə eks-prezidentin mətbuat katibi Elbası Aydos Ukibay Tvitter səhifəsində yazıb. Görüşdə, həmçinin, Qazaxıstanın Çindəki səfiri Şahrat Nurışev və prezident fondunun icraçı direktoru Elbası Aset İsekeşev iştirak edib. 

Ceki Çan da görüşə öz yaradıcı kollektivi ilə qoşulub. 

Nazarbayev Çanla söhbətində onun dünya kinematoqrafiyasındakı mühüm rolunu qeyd edərək aktyorla görüşməkdəm məmnun olduğunu bildirib. 

Çinli aktyor da öz növbəsində keçmiş başçıya təşəkkür edərək yaradıcılıq planları haqda məlumat verib. 

Qeyd edək ki, Ceki Çan 2017-ci ildə Qazaxıstanda olub.

 

 




 

NUH informasiya agentliyi səhifəsindən çap edilib