Dərc edilib: 29-04-2019

https://www.nuh.az/19527-.html

Yumurtanın ağı ilə təzyiqi normada saxlamaq mümkündür

29.04.2019 15:17:33

İdman

Yumurta ağında yüksək təzyiqi normallaşdıran xüsusi maddə var. Bu maddə peptiddir.


 Medicina.az  xəbər verir ki, rusiyalı blogerin anası hələ elmi təcrübədən xəvərdar olmadan, hər səhər 2-3 yumurtanın ağını yeyib.

Qadın illər öncə yumurta ağı yedikdən sonra təzyiqinin gün ərzində normada olmasını müşahidə edib və buna vərdiş edib.

Onun qızı yumurta ağının tərkibindəki peptidin arterial təzyiqi qaldıran fermentin sintezini blok etməsini oxuyanda isə şoka düşüb.

Belə ki, alimlər artıq siçanlar üzərində yumurta ağları ilə təcrübə aparıb. Onlar siçanlara 6 ədəd yumurtanın ağında olan peptid miqdarı qədər peptidin özünü veriblər.

Nəticə inanılmaz idi: bu dozada peptid Kaptopril adlı təzyiq dərmanı qədər güclü təsir edir.

Eləcə də yumurta ağı pis xolesterini qovur, qanda şəkəri salır.

Yüksək təzyiq üçün hər gün eyni vaxtda 4-5 yumurtanın ağını yemək lazımdır. Yumurtalar təbii olmalı, yüksək odda, suda qaynadılıb bişirilməlidir.

Yumurta ağının insan orqanizmində daha hansı problemlərdə təsir etməsi təcrübələri hələ də davam etdirilir. Əgər nəzəriyyə təsdiqini tapsa, yüksək təzyiqlə mübarizədə dərmanı yumurta ağından əldə edəcəklər.

Diqqət: bu metodu yüksək təzyiqi olanlar sınaya bilər. Bu zaman həkimlə məsləhətləşməli. Yumurtanın isə sarısı yeyilməməlidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib