Dərc edilib: 30-04-2019

https://www.nuh.az/19535-.html

Təhsil naziri ADNA qurbanlarını andı

30.04.2019 15:12:53

Cəmiyyət

Təhsil naziri Ceyhun Bayramov ADNA-da baş verən terrorun qurbanlarının xatirəsini anıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov sosial  şəbəkədə məlumat paylaşıb.

Nazir 10 il əvvəl törədilmiş terror hadisəsi zamanı dünyasını dəyişənlərə rəhmət diləyib və ailə üzvlərinə başsağlığı verib: “Bu məşum hadisə şiddətə, terrora yox deməyə, bizi birləşdirən insani dəyərləri daha çox bölüşməyə səsləyir”.

 




 

NUH informasiya agentliyi səhifəsindən çap edilib