Dərc edilib: 30-04-2019

https://www.nuh.az/19537-.html

Venesuelada hərbi çevrilişə cəhd edilir (VİDEO)

30.04.2019 15:50:17

Maraqlı

Venesuelada hərbi çevrilişə cəhd edilir.
Qaynarinfo xəbər verir ki, Venesuela hökuməti bu barədə məlumat yayıb. Müxalifətlə əlaqəli bir qrup əsgər hərbi çevrilişə cəhd edir və hökumət qüvvələri addıma müdaxilə etməyə çalışır. 
 
Venesuela Milli Məclisinin rəhbəri Xuan Quaydo Karakas hərbi bazasında çıxış edərək hərbi qiyam elan edib. Görüntülərdə Quaydonun ətrafında əsgərlər və həbs edilmiş fəal Leopoldo Lopez görünür. Lopez hərbçilər tərəfindən ev dustaqlığından azad edilib.
Qeyd edək ki, Venesuelada aylardır siyasi qeyri-sabitlik hökm sürür. Ölkə prezidenti Nikolas Madurodur, lakin müxalifət lideri Xuan Quaydo özünü Venesuelanın müvəqqəti-prezidenti elan edib və Maduronun istefasını tələb edir. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib