Dərc edilib: 30-04-2019

https://www.nuh.az/19542-.html

Əhaliyə şad xəbər - Qaz limiti artırıldı

30.04.2019 19:11:22

Dünya

Azərbaycanda təbii qazın istifadə limiti artırılıb. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, əhalinin aztəminatlı hissəsinin maddi vəziyyətinin yaxşılaşdırılması baxımından mavi qazın illik satış tarifi 1700 kub metrdən 2200 kub metrədək yüksəldilib. 

Qərar sabahdan qüvvəyə minəcək.

Qeyd edək ki, 2016-ci ildə təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün bir kubmetr üçün 10 qəpik, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib